Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxs mağazada insanlara hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mağazanın əməkdaşları naməlum şəxsin oğurluq etməsindən şübhələniblər. O, isə mağazanın əməkdaşlarının üzərinə naməlum maddə töküb.

İnsident nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə gələn təcili yardım briqadaları xəsarət alanları xəstəxanaya çatdırıblar.

Milli.Az