Qazaxıstan Fond Birjalarında dolların məzənnəsi 367,52 təngəyə kimi bahalaşıb. Bu, 2016-cı ilin fevralından bəri ən pis göstəricidir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dünən dolların dəyəri 365,43 təngə olub. Bəzi valyutadəyişmə məntəqələri dolları 369 təngəyə mübadilə edir.

Bundan əvvəl analitik Alpari Vadim Yusub sentyabrın əvvəllərində dolların 350-360 təngə olacağını proqnozlaşdırmışdı. Milli Bankın sədri Daniyar Akişev isə yaxın 2 ildə inflyasiyanın 5-7 faiz olacağını bildirmişdi. O, bunu Rusiyaya qarşı sanksiyalar və təngənin ucuzlaşması ilə əlaqələndirmişdi.

Milli.Az