Britaniyada yeni fotomüsabiqə olan "Earth Photo" başa çatmaqdadır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 19 ölkəni təmsil edən fotoqrafların yolladıqları 1280 foto arasında finala 50 əsər seçiləcək. 4 əsər baş mükafatlara layiq bilinəcək.
Ən yaxşı sayılmış 50 foto Londondakı Kral Coğrafiya Cəmiyyətində (Royal Geographical Society) sentyabrın 21-dəki sərgidə nümayiş olunacaq.
Milli.Az