Liviyanın paytaxtı Tripolidə, ABŞ səfirliyinin yaxınlığında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğına səbəb Tripolidə bir neçə gündür davam edən toqquşmalar olub. Bundan əlavə səfirlik yaxınlığında atəş səsləri də eşidilib.

Qeyd edək ki, Tripolidəki qarşıdurmalar avqustun 26-dan başlayıb. Qarşıdurmalarda 50 nəfər ölüb, 140 nəfər isə yaralanıb.

Milli.Az