Azərbaycanlı gənc müğənni Hüseyn Abdullayev subaylığın daşını atıb.
Milli.Az xəbər verir ki, paytaxtın məşhur məkanlarından birində baş tutan gecədə müğənninin dostları, qohumları və sənət yoldaşları iştirak ediblər.

Hüseyn A. "Səs Azərbaycan" müsabiqəsinin finalçısı olub. Vaxtı ilə "Lider" telekanalında Brilliant Dadaşovanın "Akademiya" musiqi şousunun da ən yaddaqalan iştirakçılarındandır.
Təhməz Təkin
Milli.Az