İtaliyalı aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq istədiyini açıqlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bunu Moskvada qeydiyyatda olması və mütamadi olaraq bu şəhərə gəlməsi ilə əlaqələndirib.
Aktrisa xatırladıb ki, babası əslən Rusiyadan olub.
"Anamın atası rus çarının həkimlərindən biri idi", - deyə o vurğulayıb.
Milli.Az