Təbiətdə bir çox bitkilər vardır ki, onlardan yağlarımızı əritmək üçün istifadə edə bilərik. Bu gün fast-fudların və müxtəlif çeşidli şirniyyatların sayı artmışdır. O biri tərəfdən bir çox insanların işi oturaqdır. Bu amillər nəticəsində insanlar arasında çəki artması halları çox müşahidə olunur. Bu çəkidən xilas olmaq üçün bir çox yollar vardır. O cümlədən: idman, dərman içmək, cərrahi yollar və sair. Amma effektiv yollardan biri də bitkilərdən yağları əritmək üçün dərman kimi istifadə etməkdir. Bu bitkilərin təbiəti isti və tünddür. Bu istilik bədənə yardım edir ki, maddələr mübadiləsini sürətləndirsin və yağları az bir zamanda əritsin.

Xardal.

Xardalın tərkibində selenium, liflər, protein, maqnezium, manqan, dəmir və kalsium vardır. Bir qaşıq xardalda 30 kalori vardır. Maddələr mübadiləsini gücləndirmək üçün sarı xardal işə yaramaz. Xardalın bütün dənəsini istifadə etmək tövsiyə olunur. O zaman ki, xardalı qırmızı istiotla istifadə edərlər, çəkinin azalmasında daha təsirli olar.

Yaşıl çay.

Hər bir yaşıl çayın tərkibində kateçin adlı maddə vardır. Kateçin anti-oksidantdır ki, maddələr mübadiləsinin gücləndirilməsində təsirlidir.

Mixək.

Bu ədviyyat da maddələr mübadiləsini gücləndirər. Bədənə yardım edər ki, daha çox yağları yandırsın. Mixək qanda şəkərin səviyyəsini kontrol edər.

Qara istiot.

Qara istiotda olan maddə ona tünd dad verər. Bədənə yardım edər ki, daha çox kalori yandırsın.

Darçın.

Qanda olan şəkərin səviyyəsini kontrol etmək üçün darçından istifadə etmək olar. Darçın diabetin qarşısını alar.

Sarımsaq.

Yeməyə sarımsaq vurmaq nəticəsində həm karbohidratlar və həm də yağlar əriyər.Nanə.

Nanəni iyləmək iştahanı azaldar. Aparılan tədqiqatda insanlar bir həftə ərzində nanəni iylədiklərinə görə iştahaları daha çox azalmışdır.

Zəncəfil.

Zəncəfil də maddələr mübadiləsini sürətləndirən ədviyyatlardandır. O, da iştahanı zəiflədər.

Milli.Az