Məşhur müğənni Castin Timberleyk "saltbea" hərəkəti ilə dünyada ad çıxaran Nüsrət Gökçənin Nyu Yorkdakı ət restoranında olub.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bu, restorana gələn ilk tanınmış müştəri deyil. Hollivudun ən məşhur ulduzları tez-tez Nüsrətin restoranına gəlir. Lakin onun restoranda yeməklər üçün tətbiq etdiyi qiymətləri yüksək hesab edənlər də var.
Onlardan biri də Castin olub. İddiaya görə, pop ulduz gələn hesabı gördükdə şok olub. Hesabına qəpiyinə kimi ödəsə də, reaksiyasını gizlətməyib. O, "qiymətlər yüksək, porslar isə balaca" - deyə, şərh verib.
Milli.Az