Avtomobilin ehtiyyat hissəsini ucuz detalla dəyişən sürücü az qala canından olacaqdı.

Keyfiyyətlisi 60 manata olan detalı 25 manata alan sürücü yolda orta sürətlə hərəkətdə olarkən, qəfil idarə etməni itirir. Ağır qəzadan sonra məlum olur ki, baş verən hadisəyə səbəb keyfiyyətsiz detalın sınmasıdır.

Milli.Az bildirir ki, 40 manat qənaət etmək istəyən sürücüyə həm maddi ziyan dəyib, həm də səhhətində ciddi problem yaranıb.

Avtomobil ustaları sürücülərə bir daha xəbərdarlıq edir ki, maşının bəzi detalları var ki, onlar mütləq keyfiyyətlisi ilə əvəz olunmalıdır.Əks halda qəza qaçılmazdır.

Bəzi sürücülər isə keyfiyyətsiz ehtiyyat hissələrinə üstünlük vermələrini qiymətlərin baha olması ilə əlaqələndirirlər.

Ustalar keyfiyyətsiz detalların orijinaldan çətin seçildiyini deyirlər. Buna görə də avtomobilin hər hansı ehtiyyat hissəsini aldıqda usta ilə məsləhətləşmək və ya zəmanətli detal almaq məsləhət görülür. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobil ehtiyyat hissələri alarkən diqqətli olun!