Rusiya prezidenti Vladimir Putin İrana rəsmi səfər edəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, səfərlə bağlı Kreml rəsmi xəbər yayıb.
Bildirilir ki, rəsmi səfər sentyabrın 7-də baş tutacaq.
Qeyd edilir ki, Rusiya prezidenti Suriya böhranının nizamlanması məsələsi ilə əlaqədar üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana rəsmi səfər edəcək.
Milli.Az