Xəbər verdiyimiz kimi, “Bozun əlli çaları” filminin qəhrəmanı Ceymi Dornan dünyaca məşhur ətir brendinin reklam çəkilişi üçün Bakıya gəlmişdi.
Publika.az xəbər verir ki, qış aylarında Bakıda, Heydər Əliyev Mərkəzində çəkilən reklam çarxı bir neçə gün əvvəl təqdim olunub.
Erotik filmdə canlandırdığı rolu ilə məşhurlaşan Ceymi Dornanın Bakıda lentə alınan ətir brendinin reklam çarxında çəkilməsi diqqət çəkib. Video sosial şəbəkələrdə həftəsonu ən çox müzakirə olunan mövzular arasına daxil olub.
Məlum olub ki, reklamda aktyorla yanaşı dünyanın müxtəlif ölkələrindən seçilən modellər də çəkilib. Onların sırasında “Best Model of the World 2017” yarışmasında “Ən yaxşı bədənli model” nominasiyasının qalibi, azərbaycanlı model İqaməddin Huseynov da yer alıb. O, bu barədə sosial media hesabında məlumat verib.
“Dünyaca məşhur ulduzlarla bir arada reklama çəkilmək mənə zövq verdi”, - deyə İqaməddin yazıb.