İstanbulda atışma baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, atışma polislə hərbçi arasında baş verib.
Məlumata görə, insident nəticəsində polis ölüb, hərbçi isə yaralanıb. Bundan başqa, 1 mülki şəxsin də yaralandığı bildirilir.
İnsidentin səbəbləri hələ məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az