Vəsvəsə əminliyin, yəqinliyin ziddidir. Buna bir növ xəstəlik, ruhi gərginlik də demək olar. Bu insanda mənfi xüsusiyyətlərdən və cəhalət sifətlərdəndir.
Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, vəsvəsəlik elə bir xəstəlikdir ki, tədricən insanın bütün əməllərinə, hətta gündəlik həyatına siraət edir. Tədricən də öz ardınca əxlaqi, ailəvi, ictimai problemlər gətirir. Hər şeyə şəkk edən, şübhə ilə yanaşan insan tənhalaşır və ardıycan ruhi, psixoloji gərginlik keçirir. Hər kəsə, hər işə etiraz edən adam nəticədə bir üsyankara çevrilə də bilər.
Vasvasaçı olmaq İslam tərəfindən bəyənilmir, hətta insanı harama belə gətirib çıxarır. Bu əməl Peyğəmbər (s) və İmamlar (ə) tərəfindən kəskin pislənib. Bir hədisdə deyilir:
Abdullah ibn Sənan deyir: Bir müsəlman hər dəstəmaz alanda vasvaslığ edir, hər dəfə dəstəmazını yenidən alırdı. Lakin yenə də ürəyi rahat olmurdu. Dəstəmazını bir daha təkrar alırdı.
İmam Sadiqin (ə) hüzuruna daxil olub o müsəlman barəsində danışdım və onun ağıllı bir kişi olduğunu, lakin dəstəmazda vasvasa etdiyini dedim. İmam (ə) buyurdu:
Bu necə ağıldır? Daha hardan ağıllı kişi olur? Bir haldaki Şeytan ona müsəllət olub!
Mən dedm: Bəs necə etsin? Necə xilas olsun?
İmam (ə) buyurdu: Hələ bir ondan bu düçür olduğu vasvasalığın səbəbini soruş! Bu vəsvəsəki var sənə hardan müsəllət olub? Özü cavabını verib deyəcək: Şeytandan! (Bihar. C-21. S-336)
Qeyd: Yəni bu işin lüzumsuzolduğunu, Şeytandan olduğunu bilirsən, etiraf edirsən amma çarə etmirsən. Daha bunun harası ağıl oldu. İmam Sadiqdən (ə) yetişən başqa bir hədisdə Şeytandan və vasvaslığdan xilas olmaq üçün bu zikri demək tövsiyə olunur: "Nə vaxt vasvasılığa düçar olursunuz, üç dəfə deyin: "Əuzu billəhi minəş-şeytanir-racim, racəs, nəcəs, xəbis".
Qeyd edək ki, bəziləri Şeytanı xəyalı varlıq, real olmayan, yaxud mikrob, yaxud sadəcə bir qorxutmaq vasitəsi bilirlər. Bu düşüncə yalnışdır. Çünki bu Quranla ziddir! Allah Təala Qurani Kərimdə Şeytanı müstəqil bir varlıq bilmiş hətta ona Adəmə (ə) səcdə etməyi belə əmr etmişdir:
Biz mələklərə: Adəmə səcdə edin! - dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu. (Bəqərə-34)
"(İblis) dedi: 'Mənə qiyamətə qədər möhlət ver! (Allah) buyurdu: 'Sən möhlət verilənlərdənsən!". (Əraf 14-15)
"Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir" (Yasin-60)
"Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!" (Nisa-38)
"Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri də onun (Süleymanın) ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar deyə) onların üstündə göz olurduq. (Ənbiya- 82)
Ayələrdən ğörünən budur ki, Şeytan və onun ordusu yer üzünün real varlıqlarıdır. Onların keyfiyyətini və necəliyini Allah daha yaxşı bilir.
"(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! (Əuzu billahi minəş-şeytanır-rəcim' sözlərini de! (Həhl-98)
Milli.Az