Paxtaxtda təşkil olunan yarmarkalarda mövsümimeyvə və tərəvəz məhsulları ucuz qiymətə satılır. Tərəvəzlərdən ən çox təlabat isə kartofa və soğanadır. Alıcılar isə bazarla müqayisədə yarmarkalarındaha sərfəli olduğunu bildirirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mövsümi meyvə və tərəvəz məhsulları ucuzlaşıb.

Bakıda həftəsonu təşkil olunan yarmarkalardamövsümimeyvə -tərəvəz məhsulları bazarla müqayisədə daha ucuz qiymətə təklif edilir. Belə ki, yarmarkada armudun kiloqramı 80 qəpik 1 manat 30 qəpik, gavalının qiyməti isə 50-80 qəpik arasında dəyişir. Digər meyvələrdə də ucuzlaşma müşahidə olunur.

Tərəvəzlərdən kartof və soğana daha çox tələbat var. Kartof alıcılara 50-70 qəpiyə təklif olunduğu halda soğanın 3 kiloqramı 1 manata satılır.

Elə alıcılar da qiymətlərdən narazı görünmürlər.

Satıcıların sözlərinə görə, əhalinin alıcılıq qabiliyyəti də kifayət qədər yüksəkdir. Beləki, yarmarkalara daha çox mövsumi məhsulların çıxarılması ucuzluğa gətirib çıxarıb.

Milli.Az