Dünyada dörd cür insan vardır:

- Birincisi, Allahın sərvət və elm verdiyi insandır. Belə insanlar təqva dairəsində hərəkət edir, qohum-əqrəbaya baş çəkir, mülkün həqiqi sahibi Allahın verdiyi sərvətdə ilahi haqq olduğunu dərk edib onun tələbini yerinə yetirir, zəkatını verir. Bu adamlar ən yüksək məqamda olan insanlardır.

- İkincisi, Allahın elm verib, mal-mülk nəsib etmədiyi təmizqəlbli insanlardır. Bunlar xoş niyyətlə: "Əgər Allah mənə mal versəydi, mən də filankəs kimi onu Haqq yolunda sərf edərdim," - deyirlər. Onlar gözəl niyyətlərinin mükafatını alır. Bu qibtə və xoş niyyətlə həmin imkanlı adamın qazandığı sədəqə savabı qədər savab qazanırlar: ikisinin savabı bərabər olur. (Həmçinin, o xoş niyyətli adamın əlavə olaraq faydalı elmi var.)

- Üçüncüsü, Allahın mal verib, ancaq elm bəxş etmədiyi adamdır. Bu cür insanlar cahillik, nadanlıq ucbatından sərvətini boş yerə xərcləyir, Allah qatında hansı məqamda olduğunun fərqinə varmır, qohum-əqrəba haqlarını yerinə yetirmir və ona əmanət verilən dünya malında Allahın haqqı olduğunu nə dərk edir, nə də etiraf. Halı ən pis olan insanlar bunlardır.

- Dördüncüsü, Allahın nə mal, nə də elm verdiyi insanlardır. Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, belə insanlar: "Əgər mal-mülküm olsaydı, mən də filankəs kimi dünyadan zövq alardım". Bu insanlar da niyyətə görə cəzalandırılacaq. O da qibtə etdiyi bədxərc və israfçı adam qədər məsul olur (günah qazanır). Onların (qibtə edilənlə edənin) günahları eyni olar".

Milli.Az