Klivlend şəhərinin (Ohayo ştatı) gecə klublarının birində atışma olub.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, insident gecə saatlarında qeydə alınıb. Hadisə yerinə gələn polis əməkdaşları 8 nəfərin yaralandığını aşkarlayıblar. Başından yaralanmış 28 yaşındakı qadın sonradan xəstəxanada ölüb. 19-53 yaş arasında olan digər yaralılar müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hakimiyyət orqanları atəş açanın kimliyi və insidentin motivləri barədə məlumat verməyiblər. Hələlik həbs olunanlar yoxdur.
Milli.Az