Əfqanıstanın Balx əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, xarici şirkətə məxsus olan və Faryab əyalətinə uçan helikopter yerli vaxtla saat 07:30-da "Şahin" düşərgəsi ərazisinə düşüb və alışıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, qəzaya səbə texniki nasazlıq olub.

Milli.Az