Gələcəkdə bir sıra peşələr unudulacaq. Bununla yanaşı, bir sıra sahələrə isə tələbat artacağından bu peşələrə yiyələnənlər daha çox pul qazana biləcəklər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, elm və texnologiyanın sürətli inkişafı bəzi peşələri sıradan çıxarır, bəzi peşələr isə yeni meydana çıxaraq ən populyar və gəlirli işlərdən birinə çevrilir.
Məsələn, sərnişindaşımada yeni texnologiyaların tətbiqi konduktor, avtomobillərin geniş yayılması nalbənd, naviqator proqramlarının yayılması bələdçi kimi peşələrin unudulmasına gətirib çıxarıb.
İnsan resursları mütəxəssisi Leyla Surxayzadə bildirir ki, gələcəyin ən çox qazanclı peşələrindən biri informasiya-kommunikasiya texnologiyaları ilə bağlı olan işlərdir.
Bundan başqa, gələcəyin sahələri arasında sosial şəbəkələr və maliyyə sahələri ilə bağlı olan ixtisaslar da əsas yer tutmaqda davam edəcək.
Səhiyyənin ayrı-ayrı sahələri ilə bağlı olan ixtisaslara tələbat yüksək olaraq qalmaqda davam edəcək. Burda isə daha çox həm texnoloji biliklərə yüksək səviyyədə yiyələnən, eyni zamanda həkimlik bacarığına sahib olan insanlar daha çox gəlir əldə edəcəklər. Bundan başqa, alternativ enerji sahəsində də təcrübəli mütəxəssislərə böyük ehtiyac yaranıb. Bu, dünyada təbii ehtiyatların getdikcə azalması ilə bağlıdır.
Milli.Az