İtaliyanın Venesiya şəhərində davam edən 75-ci beynəlxalq kinofestivalda amerikalı aktyor Bredli Kuper və dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Ledi Qaqa qırmızı xalıya çıxıblar.

Milli.Az European-a istinadən bildirir ki, onlar "A Star Is Born" filmini təqdim ediblər.

Film 43 yaşlı Bredli Kuperin rejissor və ssenarist debütüdür.

Lentin süjetinə görə, Bredli Kuper yaşlaşmış kantri-müğənni Cekson obrazındadır. O, gənc və istedadlı müğənni qız Elli ilə rastlaşır, ona ulduz olmağa yardım edir. Amma öz karyerası məhv olur.

Venesiya kinofestivalına Bredli Kuper qeyri-rəsmi nikahda olduğu xanımı, supermodel İrina Şeyk və qızı Leya ilə yollanıb.

Ledi Qaqanı isə nişanlısı və meneceri Kristian Karino müşayiət edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ledi Qaqa İrina Şeykin ərinin filmində parladı