Dünən ABŞ-ın Detroyt şəhərində dünyanın ən məşhur müğənnisi, "ritm-n-blyuz və soul kraliçası" adlandırılmış Areta Franklin dəfn olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dəfn mərasimindən sonrakı tədbirdə yepiskop Çarl Ellis çıxış edib.

O, çıxışının sonunda 25 yaşlı müğənni Ariana Qrandeyə yaxınlaşıb, onu belindən qucaqlayıb və deyib: "Bilirsiniz, qızım mənə bəzən deyir ki, çox qocayam. Mərasimin proqramında Qrandenin çıxışını görəndə ilk əvvəl düşündüm ki, bu, nə isə "Taco Bell" kimi bir restoran şəbəkəsidir".

"Taco Bell" ABŞ-da fast-fud restoranları şəbəkəsidir.

Üstəlik, yepiskop çıxışı əsnasında Ariana Qrandenin sinəsinə toxunub.

Olayın fotoları və videosu yayılandan sonra yepiskop zarafatına görə üzr istəyib, "onun sinəsinə toxunmadım" deyib.

"Arvadımdan savayı heç bir qadının sinəsinə toxunmamışam. Ariananı sadəcə, qucaqladım. Bəlkə sərhədi keçdim, bəlkə çox səmimi oldum, bilmirəm. Amma yenə də üzr istəyirəm",  - yepiskop söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Keşiş dəfndə müğənnini qucaqladı, ona sataşdı