Şanxayda zibili çeşidləyən və onu yenidən emal edən "ağıllı avtomat" quraşdırılıb. Bundan başqa, zibilini sözügedən avtomata tullayan şəxsə müvafiq məbləğdə pul ödənilir.
 
Milli.Az ICTnews-ə istinadən bildirir ki, bu avtomat plastik, parça, banka və yararsız kağız məmulatlarının emal edilməsi üçün nəzərdə tutulmuş 4 bölmədən ibarətdir. Avtomatın ortasında olan sensor ekrana malik sistem blok zibilin çəkisini göstərir, avtomatda boş yer olub-olmadığı barədə xəbərdarlıq edir, müxtəlif zibil kateqoriyasını tanıyır və sairə.
 
Zibili avtomata tullamaq istəyən şəxs telefonuna xüsusi mobil tətbiq yükləməli, QR-kodu skan etməli, zibil kateqoriyasını seçməlidir, bundan sonra avtomat müvafiq bölməni özü açacaq. Zibil avtomata atıldıqdan sonra avtomat onun çəkisini çəkərək istifadəçinin hesabına müvafiq məbləğ göndərəcək.

Milli.Az