Qazaxıstanda 5.2 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zəlzələ Almatıdan 53 kilometr cənub-şərqdə qeydə alınıb.

Təkanların dərinliyi 15 kilometr olub. Almatıda zəlzələ 4 bal gücündə hiss edilib.

Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Milli.Az