Britaniyada ən populyar zadəganlardan olan 41 yaşlı Ledi Viktoriya Harvi epatajı və ekstravaqantlığı, qalmaqalı sevir.

Milli.Az The Sun-a istinadən bildirir ki, 6-cı Bristol marxinin qızı "Dartanyan" adlı köpəyi ilə Nyu-Yorkda gəzintidə olanda paparassilərin hədəfinə çevrilib.

Onun fotoları sosial şəbəkələrdə yayılandan sonra geniş müzakirələr başlayıb. Bəlli olub ki, Ledi Viktoriya adi həyatda heç də İnstagram-da və saytlarda dərc olunan fotolarındakı təki gözqamaşdıran, cazibədar deyil.

Üstəlik, onun xeyli arıqladığı da bəlli olub.

Milli.Az