"Qarabağ"ın qazandığı növbəti tarixi zəfər nə qədər qürurvericidirsə, azarkeşlərdən sonra stadionda qalanlar bir o qədər utandırıcıdır.
Son dünya çempionatında Seneqal və Yaponiya azarkeşləri komandalarından daha çox diqqət çəkə bildilər. Seneqal və Yaponiya azarkeşlərinin oyunlar bitdikdən sonra öz zibillədikləri tribunaları təmizləməsi tərəfli-tərəfsiz, bütün dünyanın rəğbətini qazandı.
.jpg)
Bəs bizim azarkeşlər?
Milli.Az xəbər verir ki, sosial şəbəkədə paylaşılan bu fotoda azarkeşlərin oturduqları sektorları necə zibillədikləri açıq görünür. Bu mənzərəni hər oyundan sonra görmək olur. Təbii ki, bunu təkcə fanatların oturduğu sektorlara aid etmək olmaz. Bu dəfə isə "Qonaq" sektorda oturan azarkeşlər özlərindən sonra "böyük izlər" buraxıblar.
Bunu ki ərəblər etməyiblər.
.jpg)
Asif Mehman
Milli.Az