Mərhum pop ulduz Maykl Ceksonun 60-cı doğum günü münasibətilə təşkil olunan tədbirə qatılan oğlu Prins Cekson geyindiyi gödəkçə ilə diqqət çəkib.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, sənətkarın 20 yaşlı qızı Paris və oğlu Prins Las Veqasdakı anım mərasimində qırmızı xalçaya çıxıblar. Prins Ceksonun geyindiyi gödəkçənin Maykl Ceksonun məşhur militer-bando gödəkçəsinə oxşarlığı gözlərdən yayınmayıb.
Paris qardaşının yanağından öpərək fotoqraflara poz verib.
Milli.Az