Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ümumdünya Ticarət Təşkilatı yaxşılığa doğru dəyişməyəcəyi təqdirdə, ölkəsinin təşkilatdan çıxacağını istisna etməyib.
Milli.Az report-a istinadən xəbər verir ki, o bunu "Bloomberg"ə müsahibəsində deyib.
"Əgər onlar öz işlərini yaxşılaşdırmasalar, mən ÜTT-dən çıxacağam", - D.Tramp bildirib.
Onun sözlərinə görə, ÜTT-də ABŞ ilə "uzun illərdir ki, çox pis davranırlar və təşkilat "dəyişməlidir".
Milli.Az