Ermənistanda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Sünik vilayətində Qafan-Qacaran yolunda yük avtomobilinin minik avtomobili ilə toqquşması nəticəsində iki nəfər ölüb.

Ölənlər minik avtomobilinin sürücüsü və sərnişinidir.

Bildirilir ki, minik avtomobilinin sərnişini hərbçidir. O, müqaviləli əsasda hərbi hissələrin birində xidmət edirmiş.

Milli.Az