Böyük Britaniyanın Baş naziri Tereza Mey 5 il sonra Afrika qitəsinə səfər edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Cənubi Afrika Respublikası ilə başlayan səfərin məqsədi "Brexit"dən sonra qarşılıqlı ticari əlaqələrin inkişafı istiqamətində danışıqlar aparmaqdır.

Səfər zamanı xanım T.Mey paytaxt Keyp Toundakı məktəblərdən birində olub və şagirdlərlə rəqs edib.

Baş nazirin Nigeriyaya və Keniyaya səfərləri də gözlənilir.

Milli.Az