Son günlərdə Yəməndə uşaqların öldürülməsi ilə gündəmə gələn Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd İbin Salmanla bağlı növbəti iddia irəli sürülüb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, vəliəhd Səudiyyə qüvvələrinə uşaq və qadınların hədəf alınması üçün göstəriş verib:

"Yəmən xalqının yaddaşında çox dərin iz buraxmaq istəyirik. Səudiyyə Ərəbistanının adı gələndə uşaqlar, qadınlar, hətta kişilərin qorxudan titrəmələrini arzulayırıq".

Qeyd edək ki, Səudiyyə və rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə mülki əhalinin öldürülməsində, hərbi cinayətdə ittiham edilir.

Milli.Az