ABŞ-ın Melburn ştatında kimyəvi reagentlərin istehsal olunduğu zavodda güclü yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Melburn şəhərində baş verən yanğınla 100 nəfər yanğınsöndürən və 30 ədəd texnika mübarizə aparır.

Qeyd olunur ki, yanğın yerli vaxtla səhər 05:00-da baş verib. Yerli sakinlər bildirirlər ki, yanğın yerindən partlayış səsləri də gəlir. Hakimiyyət yanğın ərazisinə yaxın 11 yaşayış rayonunun sakinlərinə evdə qalmağı tövsiyə edib.

Xəsarət alan barədə məlumat verilmir.

Milli.Az