Qadınların hüquq və imkanlarının genişləndirilməsi perspektivlərinə Birləşmiş Ərəb Əmirliklərinin yanaşması dünyada təqlid olunacaq unikal bir modeldir. BƏƏ qadınları inkişaf prosesində olduğu kimi, gələcək nəslin tərbiyəsi prosesində də önəmli rol oynayır və dövlətin gələcək inkişafına rəvac verən planlarında xüsusi pay sahibidirlər. Qadınların hüquq və imkanlarının genişləndirilməsinin bu qabaqcıl modeli mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın bu prosesə yanaşmasına və ölkənin tərəqqisində və gələcək nəslin yetişməsində mühim rol oynayan qadınlara müdrik idarəçiliyin etimad edilməsinə əsaslanır.

BƏƏ konstitusiyası kişi ilə qadının bərabər hüquqa malik olduqlarını bəyan edir. Qadınlar və kişilərin bərabər hüquqlara malik olması, qadınların qazandığı uğurlar, təhsil, savadsızlığın ləğvi və qadınların məşğulluq sektorunda payı və qadınla ehtiramla davranma kimi göstəricilər üzrə BƏƏ regional və beynəlxalq sahələrdə lider mövqeyində qərarlaşıb.
Birləşmiş Ərəb Əmirlikləri qadınların qərar qəbuletmə prosesində iştirakını dəstəkləyir, çünki bu ölkənin iqtisadi gücləndirilməsinin əsas amilidir. Ölkənin Nazirlər Kabineti 2014-cü il 9 dekabr tarixində bütün dövlət qurumları və orqanlarının idarə heyətlərinə qadınların daxil edilməsini zəruri hesab edən bir qərar qəbul edib. BƏƏ-də hökumət müəssisələrində qadınların təmsil edilməsi 15% təşkil edir. Federal Milli Şuranın qadın üzvlərin sayı 9-a çatıb ki, bu da ümumi sayı 40-a çatan bütün üzvlərin 22,5%-ni təşkil edir. 2016-cı ildə yeni formalaşan nazirliklərin əməkdaşlarının isə 27%-ni qadınlar təşkil edir.
Qadınlar məhkəmə orqanlarında da fəaliyyət göstərirlər. Onlar polis sıralarına da daxil olmuş və hərbi korpuslarda çalışmağa başlamışlar. Diplomatiya sahəsində də qadınların rolu danılmazdır. Hazırda Beynəlxalq Əməkdaşlıq Nazirliyinin diplomatik korpusunda çalışan əməkdaşların 30%-ni məhz qadınlar təşkil edir.
Bynəlxalq səviyyədə qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində BƏƏ-nin verdiyi töhfələr və əldə etdiyi nailiyyətləri danılmazdır.
Bu vacib məsələni dəstəkləmək üçün xarici yardım layihələri həyata keçirilir. Onlar qadınların peşə hazırlığının təkmilləşdirilməsi, aşağı və orta gəlirli ölkələrdə qadın sahibkarlara dəstək sahələrini əhatə edir.
Qadın və uşaqlar üçün səhiyyə sektorunda 100-dən çox layihənin dəstəklənməsindən əlavə, BƏƏ Əfqanıstanda zəfəran sənayesinə dəstək nümayiş etdirib. Nəticədə zəfəran istehsalı ilə məşğul olan qadınların 80 faizini indi məhz qadınlar təşkil edir. Şri-Lankada qadınların hüquq və imkanlarının genişləndirilməsi üçün də maliyyə dəstəyi göstərən BƏƏ ümumən öz üzərinə qadınlara və gənc qızlara sahibkarlıq sahəsində dəstək verilməsi öhdəliyini götürüb. Hökumət Beynəlxalq Bankın qadın liderlərin maliyyələşdirilməsi təşəbbüsünə böyük töhfə verərək bu sahəyə 50 milyon dollar ayırb. Ümumilikdə bu təşəbbüs çərçivəsində sahibkarlar üçün 1 milyard dollardan çox maliyyə vəsaiti səfərbər edilib. "1000 lider" təşəbbüsü çərçivəsində dövlət qadınlar üçün yeni perspektivlər yaradacaq və onların istedadlarını tam parlaqlığı ilə üzə çıxaracaq. Bir sözlə, onlar gələcəkdə liderlərə çevirəcəklər ki, bu da keçmişin stereotiplərinin məhvi anlamına gəlir.
Qadınlar BƏƏ-də bu gün deyil, gələcəkdə də böyük rol oynayacaqlar. Dövlət müasir və tolerant bir cəmiyyətin qurulması üçün qadın hüquqları sahəsində irəliləyişlərin vacib olduğunu düşünür. Yeni faydaları, bilik və təcrübəsi ilə BƏƏ dünyanın digər yerlərində də qadınların eyni qiymətləndirilməsi və daxili imkanlara malik olmasını təmin etmək üçün səylə çalışmağa davam edəcəkdir.
Milli.Az
Mohamed Alqubaisi
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri