Evləndikdən sonra müğənnilik karyerası ilə vidalaşan Aysel Adıgözəlzadə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən sənətçilər Nigar Camal və Səbinə Babayeva ilə görüşüb.

Publika.az xəbər verir ki, məşhurlar Bakıda keçirilən klassik avtomobillərin yürüşü və sərgisində iştirak edib. Əməkdar artist Səbinə Babayeva A.Adəgözəlzadə və N.Camal ilə birlikdə tədbirdə çəkdirdiyi şəkli sosial şəbəkədə "Bizim “Eurovision” gözəllərimiz” şərhi ilə paylaşıb.

Qeyd edək ki, Aysel xalq artisti Murad Adıgözəlzadə ilə evlidir.