Xəbər verdiyimiz kimi, "Çocuklar duymasın" serialında "Beton Orçun" obrazını canlandıran aktyor Alperen Xamisin anası Nilgün Aksu vəfat edib.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, Aksu bu gün dəfn olunub. Mərasimə Zeyno Gönenc, Ferdi Akarnur, Mehmet Baran Erdoğan, Birol Güven kimi məşhurlar qatılıblar.
Qeyd edək ki, Nilgün avtomobil qəzası keçirmişdi.
Milli.Az