Teleaparıcı Lalə Əlimuxtarova "Lider"i tərk edərək ARB kanalında fəaliyyətə başlayıb.

Milli.Az-a açıqlama verən Lalə yeni verilişinə qızı ilə aparıcılıq edəcəyini bildirib: "ARB kanalında efirə gedəcək verilişimin adı "Kim var, kim yox?" adlanır. Dünən artıq ilk çəkiliş günüm baş tutdu. Bu
veriliş bir növ "Ay ev yiyəsi" verilişinin davamıdır. Biz çəkiliş qruppası ilə bölgələrə yollanırıq. Amma yeni verilişimi qızım ilə birlikdə aparacağam".

Qeyd edək ki, Lalə Əlimuxtarova uzun illər "Ay ev yiyəsi" verilişinə aparıcılıq edib.

Əli Novruzəliyev
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı teleaparıcı yeni verilişini qızı ilə aparacaq