Məşhur müğənni Mustafa Sandal boşandığı həyat yoldaşı Əminəyə hər ay 15 min (6 min manata yaxın), uşaqları üçün isə 10 min lirə (4 min manata yaxın) aliment ödəyir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, maliyyə sıxıntısı çəkən Mustafa çox qiymətli saat kolleksiyasının bir qismini satıb.

Cütlüyün boşanma müqaviləsinə əsasən, Mustafa Əminəyə Serbiyada 250 min avroya ev alıb və hər ay keçmiş arvadına 15 min lirə, övladlarına isə 10 min lirə aliment ödəyir.

Hər getdiyi ölkədə çox bahalı saatlar alan Sandal iddiaya görə maliyyə problemini həll etmək üçün kolleksiyasının bir qismini satıb. Yaxın dostlarının dediyinə görə, Sandal saatları çox ucuz qiymətə satıb.

Bundan başqa Mustafa maliyyə problemlərini həll etmək üçün reklamlara çəkilmək istədiyini deyib.

Milli.Az