Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı açıqlamalarını dərin təəssüflə qarşılayırıq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.

"Ölkəmizin Avropa əleyhdarı olduğu fikri həqiqəti əks etdirmir", - açıqlamada deyilib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinə nöqtə qoyulmalı olduğunu bildirmişdi.

Milli.Az