Ötən gün Almaniyanın Xemnits şəhərində baş vermiş iğtişaşlarda 18 nümayişçi və 2 polis məmuru xəsarət alıb.
Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, "Pro Chemnitz" hərəkatına qatılmaq üçün Berlin, Brandenburq, Turingiya, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliyadan nümayişçilər axışıb.
Polis nümayəndələri küçə aksiyalarının miqyasını düzgün qiymətləndirmədiklərini etiraf ediblər.
Milli.Az