Kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) ad gününü qeyd edir. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.

"Lotu Quli" Instagram-da ona göndərilən tort hədiyyəsini paylaşıb. Tortun üzərində rus dilində "Qardaşlardan böyük qardaş Quli Bakinskaya - 100 yaşa" sözləri yazılıb. 

Nadir Səlifov təbriklərə görə hər kəsə təşəkkür edib və sosial şəbəkədən onu izləyənlərə salam göndərib. 

Milli.Az