ABŞ prezidenti Donald Tramp bu gün FIFA-nın rəhbəri Canni İnfantino ilə görüşəcək.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bağlı qapılar arxasında keçiriləcək görüşdə hansı məsələlərin müzakirə olunacağı açıqlanmır.

Qeyd edək ki, Donald Tramp 2026-cı il dünya çempionatının ABŞ, Kanada və Meksikada keçirilməsi üzrə təbliğat kampaniyasında iştirak edib. FIFA mundialı bu ölkələrin birgə təşkil etməsinə dair qərarı iyunun 13-də qəbul edib. 

Milli.Az