Ermənistanın İstintaq Komitəsi Sünik vilayətinin sabiq qubernatoru Surik Xaçatryanın 1994-cü il təvəllüdlü oğlu Tiqran Xaçatryanı saxta sənədlərdən istifadə edərək hərbi xidmətdən yayınmaqda şübhəli bilərək istintaqa cəlb edilməsi barədə qərar qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə Report Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı T.Xaçatryanın yerini müəyyənləşdirmək mümkün olmayıb və o, axtarışa verilib.

Milli.Az