İsrail polisi biri qadın olmaqla yeddi fәlәstinlini dә hәbs etdi.

Milli.Az bildirir ki, əldә olunan mәlumata әsasәn, İsrail polisi Qüdsün şәrqindә yerlәşәn Әl-İsaviyyә bölgәsindә fәlәstinlilәrә aid evlәrә basqın tәşkil edib.

Qeyd edәk ki, İsrail polisi İordan çayının qәrb sahillәrindә vә Şәrqi Qüdsdәki evlәrә tez-tez basqın tәşkil edәrәk fәlәstinlilәri hәbs edir.

Fәlәstin Әsirlәr Cәmiyyәtinin mәlumatına görә, İsrail hәbsxanalarında altı minәdәk fәlәstinli mәhbus var.

Milli.Az