Hindistanda dünyanın ən hündür və böyük abidəsi inşa olunur.
182 metr hündürlüyü olan heykəl Hindistanın mərhum siyasətçi və dövlət xadimi Sərdar Vallabhay Patelin abidəsidir.
1875-ci ildə doğulmuş Patel 1947-1950-ci illərdə Hindistanın baş naziri Cəvahirlal Nerunun müavini olub. O, 1950-ci ilin dekabrın 15-də, 75 yaşında vəfat edib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Hindistanda "Sərdar Patel" kimi tanınan Vallabhay Patel Hindistan Milli Konqresinin (İNK), ölkə Konstitusiyasının müəlliflərindən və Hindistanın siyasi quruluşunun banilərindən biridir.

Sosialist Cəvahirləl Nerudan fərqli olaraq Sərdar Patel İNK-nın sağçı, mühafizəkar düşərgəsinə başçılıq edirdi.
O, Hindistanı çoxsaylı kiçik ölkələrə parçalanmaqdan qoruyub. Bu səbəbdən də hindlilər onu "Sərdar" adlandırıblar.
Sərdar Patelin abidəsinin inşasına 2013-cü ilin noyabrında başlanıb. 182 metr hündürlükdə, "Vəhdət Abidəsi" adlanan bu heykəl ABŞ-dakı Azadlıq Heykəlindən iki dəfə hündür olacaq.
Qucarat ştatının paytaxtı Əhmədabaddan 200 km aralıda, Narmada çayının sahilindəki abidənin təntənəli açılış mərasimi oktyabrın 31-də, Sərdar Vallabhay Patelin anadan olmasının 143-cü ildönümündə olacaq.
Beton və polad konstruksiyalardan ibarət olub bürünc lövhələrlə örtülmüş abidənin inşası ilə Malayziyadakı "Eversendai" şirkəti məşğul olur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: