Bolqarıstanda turist avtobusu yoldan kənara çıxaraq aşıb.

Trend-in Bolqarıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, avtobusun aşması nəticəsində azı 15 nəfər həlak olub. Qəzada xəsarət alan 5 nəfərin vəziyyəti ağırdır.

Bildirilir ki, qəza Sofiyada baş verib. Sərnişinlərinin əksəriyyəti yaşlı insanlar olan avtobus Leskov dol-Draqe marşrutu ilə hərəkət edirmiş.

İlkin məlumata əsasən, qəzaya səbəb hava şəraitinin pis olması ola bilər. Yolun qəza baş vrediyi hissəsi bir müddətlik bağlanıb.

Milli.Az