Müğənni və aktyor Cavidan Novruz sosial media hesabında məktəb illərinin fotosunu paylaşıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 31 yaşlı aktyor 14 il əvvəl çəkilmiş şəklini izləyiciləri ilə paylaşıb və yazıb:
"2004-2005 ci illər idi. Mahsun Kırmızıgülün "Aşka Sürgün" serialı yenicə Azərbaycanda yayımına başlamışdı və bizim məktəbdə bir çox oğlanlar nədənsə Mahsun Kırmızıgülə bənzəmək istəyirdi. Amma mən yox ha. Söhbət məndən getmir.Amma nə olmasa da, geyimimə baxırdım o illərə görə. Razılaşın ki, bu dərəcədə arıqlığın da yeri yoxdur. Onu da deyim ki, sahidə yerləşən 7 nömrəli məktəbdə oxumuşam, ona görə bütün günü "26lar bağı"da gəzirdim. Mən milyoner deyildim, amma hər zaman məktəbdə, hər yerdə gözü tox idim".
Milli.Az