Rusiyanın hava hücumundan müdafiə sistemi tam yeni silahla təchiz olunacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sözügedən silah yeni fizika prinsipləri əsasında yaradılacaq.

Rusiyalı general Aleksandr Leonov bildirib ki, hazırda mütəxəssislər tərəfindən bir sıra layihələr hazırlanır:

"Vaxt gələcək və bunların hamısı nümayiş olunacaq".

General həmçinin qeyd edib ki, ötən əsrin 90-cı illərinin sonunda Rusiyanın hava hücumundan müdafiə sistemi keyfiyyətinə görə Qərb ölkələrinin analoqlarını 10 il qabaqlayırdı.

Milli.Az