"Bizim Hikaye"nin baş rol ifaçıları Hazal Kaya və Burak Deniz alış-veriş mərkəzində paparassilərin obyektivinə tuş gəliblər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorlar əvvəlcə restoranda yemək yeyiblər, daha sonra isə jurnalistlərin suallarını cavablandırıblar.
Deniz Büşra Develi ilə barışdıqları və Marmarisdə teatra getdikləri iddiasına "Şəkildəkilər biz deyilik. Barışmadıq" sözləri ilə cavab verib.
Büşra və Burakın ötən həftə Erdal Beşikçioğlunun Marmarisdə nümayiş etdirilən "Bir Delinin Hatıra Defteri" tamaşasını birlikdə izlədikləri deyilmiş və bu fotodakıların onlar olduğu yazılmışdı.
Milli.Az