ABŞ Soyuq müharibə dövründə Rusiyaya qarşı mübarizə aparmaq üçün yaradılan İkinci Şimal Donanmasını Atlantik okeanında yenidən canlandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Donanmasının dəniz əməliyyatları komandanı Con Riçardson danışıb:

"Rəqabət üstünlüyümüzü və dənizdəki hakimiyyətimizi qorumağa məcburuq. İkinci donanma Sovet İttifaqı əvəzinə yenidən doğulan Rusiya fonunda fəaliyyət göstərməyə məcburdur".

Qeyd edək ki, İkinci donanma 1950-ci ildə yaradılıb və Soyuq müharibə dönəmində Sovet İttifaqına qarşı mübarizədə əhəmiyyətli rol oynayıb. Donanma 2011-ci ildə Barak Obamanın prezidentliyi dövründə ləğv edilib.

Milli.Az