Peruda futbol matçı zamanı hamını təəccübləndirən hadisə baş verib.
Milli.Az xəbər verir ki, "Yunion Kimbiri" ilə "Sport Huanta" arasında keçirilən kubok oyunu zamanı polis meydana daxil olaraq futbolçulardan birini həbs edib.
"Yunion Kimbiri"də forma geyən Sezar Montalvo nə baş verdiyini bilmədən özünü polis maşınında görüb. Posil Sezarın həbs olunmasına səbəb kimi saxta kimlik istifadə etdiyini göstərib. Əsl adının Joze Antoni Larrain Kontreras olduğu bildirilən Sezar Montalvo polis bölməsinə aparılıb.
"Sport Huanta"nın hesabda 2:0 öndə olduğu zaman baş verən hadisə səbəbindən oyun təxirə salınıb.
Elçin Əlixan
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: