Rusiya Prezidenti Vladimir Putin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidanı qəbul edib.
Publika.az xəbər verir ki, görüşdə eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyq və Kremlin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev də iştirak ediblər.
Görüşün mətbuata açıq hissəsində Suriya məsələləri müzakirə edilərək problemin həlli istiqamətində müxtəlif fikirlərə toxunulub. Putinin verdiyi bəyanatda Türkiyə ilə Rusiya arasında əlaqələrin dərinləşməsi, regional və iqtisadi məsələlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdiriləcəyi, eyni zamanda iki ölkə üçün də yüksək əhəmiyyətə malik Suriya probleminin həlli məsələlərində əməkdaşlığın möhkəmləndiriməsi də diqqətdə saxlanılıb.
Putin sözlərinə belə davam edib:
"Başda İran olmaqla, bu məsələdə digər maraqlı ölkələrin də dəstəyi ilə Rusiya və Türkiyənin birlikdə səyləri, eləcə də BMT, Avropa ölkələri, ABŞ ilə əməkdaşlığımız sayəsində Suriya məsələsinin həllində ciddi irəliləyiş əldə olunub".
Görüş zamanı Mövlud Çavuşoğlu Putinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdıraraq, onu Türkiyəyə dəvət etdiyini bildirib.
Könül