"Sony Music Entertainment" şirkəti pop kralı Maykl Ceksonun ölümündən sonra buraxılan albomda bir neçə mahnının başqa bir vokalçı tərəfindən səsləndirildiyini etiraf edib.

Milli.Az "report"-a istinadən bildirir ki, şirkət nümayəndələrinin məhkəmədə bildirdiklərinə görə, "Breaking News", "Keep Your Head Up" və "Monster" mahnıları Ceyson Malaçi tərəfindən ifa olunub.

Şirkətə qarşı məhkəmə 2014-cü ildə mahnıların saxtalığından şübhələnən fanatların iddiasından sonra başlanıb. Həmin vaxt şirkət nümayəndələri plastinkadakı bütün mahnıları Ceksonun oxuduğunu iddia edirdilər.

Maykl Ceksonun "Michael" albomu 2010-cü ildə, onun ölümündən bir il sonra buraxılıb.

Məhkəmənin qərarı 90 gün ərzində bilinəcək.

Milli.Az